ABŞ dövlət katibi Entoni Blinken deyib ki, onlar hazırda HƏMAS-ın İsrailə hücumunun arxasında İranın ola biləcəyinə dair heç bir sübuta malik deyil.
Qaynarinfo xəbər verir ki, dövlət katibi bu barədə CNN telekanalına müsahibəsində
danışıb.
"İranla HƏMAS arasında uzun müddətdir əlaqələr var. HƏMAS İranın dəstəyi olmasaydı, son illərdə bu qədər güc qazana bilməzdi”, deyə Blinken vurğulayıb.
Onun sözlərinə görə, hazırda İranın İsrailə hücumda birbaşa iştirakını göstərən heç bir sübut yoxdur. Blinken həmçinin əlavə edib ki, Vaşinqton İsraildə itkin düşən amerikalılarla bağlı xəbərləri yoxlamağa çalışır.
Blinken, HƏMAS-ın hücumuna cavab olaraq İsrailə əlavə yardım elanının bu gün elan oluna biləcəyinə aydınlıq gətirib.
Aydın
Şərhlər