Xəbər lenti

Dünya 15:33 05.01.2024

Kadırov ABŞ kəşfiyyatının keçmiş zabiti ilə görüşdü, ona təşəkkür etdi

Amerikalı hərbi ekspert, keçmiş dəniz piyadası və keçmiş ABŞ kəşfiyyatçısı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyəti Çeçenistana gedib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov yazıb.

Onun sözlərinə görə, keçmiş kəşfiyyatçı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində olub, burada dünyadakı vəziyyət və Ukraynadakı xüsusi əməliyyatla bağlı müzakirələr aparılıb. "Skott Ritter ABŞ-ın xarici siyasətini, eləcə də Ukrayna tərəfinin hərəkətlərini ardıcıl tənqidi ilə məşhurdur", - Kadırov Telegram kanalında yazıb.

Ritterə Qroznıdakı poliqonda müxtəlif növ odlu silahlardan atəş açmaq imkanı verilib və Şalidə Avropanın ən böyük məscidi göstərilib. Kadırov Skota Çeçenistana səfər etdiyinə görə təşəkkür edib və ümid etdiyini bildirib ki, gördüyü şeylər ona "respublika və onun Ukraynada xüsusi hərbi əməliyyata verdiyi töhfə haqqında obyektiv fikir formalaşdırmağa” imkan verəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->