Ukraynaya hücum başlayandan bəri Çeçenistandan döyüş bölgəsinə 29.000-dən çox döyüşçü göndərilib, onlardan 13.000-i könüllüdür.
Qaynarinfo
xəbər verir ki, bu barədə respublikanın başçısı Ramzan Kadırov özünün Teleqram kanalında müharibənin aparılması üzrə regional qərargahın rəhbəri Maqomed Daudovun məlumatlarına istinadən yazıb.
Kadırovun sözlərinə görə, hazırda xüsusi əməliyyat zonasına Çeçenistandan yeddi mindən çox döyüşçü cəlb olunub. Çeçenistan rəhbəri qeyd edib ki, onlar cəbhə xəttində vuruşurlar.
Kadırov əlavə edib ki, Müdafiə Nazirliyinin tabeliyində respublikada üç batalyon və üç alay da yaradılıb.
Qeyd edək ki, avqustun 2-də Rusiya prezidenti Vladimir Putinin Kadırovun anasını "Şərəf” ordeni ilə təltif ediyi
bildirilib.
Alpər
Şərhlər