Xəbər lenti

Dünya 16:19 29.10.2023

Keçmiş "Vaqner"çilər "Axmat"ın sıralarına cəlb olunur - ISW

Liderlərin ölümündən sonra gücünü və təsirini itirmiş "Vaqner" şəxsi hərbi kampaniyasının çoxlu sayda keçmiş döyüşçüsü Rusiya Qvardiyasının "Axmat" xüsusi təyinatlı qüvvələrinin çeçen bölmələrinə cəlb olunur.

Qaynarinfo xəbər verir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatına görə, onlar müxtəlif dəstələrə qoşulub və Ukraynada cəbhənin bir neçə dəqiqləşdirilməmiş sektorlarında fəaliyyət göstərirlər.

Müvafiq məlumatı "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov təsdiqləyib. Onun sözlərinə görə, keçmiş "Vaqner" üzvləri "həmişə "Axmat" haqqında çox hörmətlə danışıblar". Analitiklərin fikrincə, bu yolla o, yəqin ki, "Vaqner"lə çeçen qüvvələri arasında onların keçmiş lideri Yevgeni Priqojin və Çeçenistanın rəhbəri Ramzan Kadırov arasındakı mübahisədən sonra yarana biləcək gərginlik barədə müzakirələri susdurmağa çalışıb.

ISW analitiklərinin fikrincə, "Vaqner" qüvvələri Rusiya Müdafiə Nazirliyi və Rusiya Qvardiyasının çeçen bölmələri arasında cəbhənin müxtəlif bölgələrində bölünüb. Onların effektiv hərbi təşkilat kimi bərpa olunma ehtimalı azdır.

Qeyd edilir ki, bu, "Vaqner"in aydın və ardıcıl idarəçilik altında unitar təşkilatdan aldığı gücün olmaması ilə bağlıdır. Bununla belə, istisna edilmir ki, bəzi hallarda keçmiş muzdlular tərkibində olduqları bölmələrin taktiki bacarıqlarını müəyyən qədər gücləndirə bilərlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->