Ölkə 11:53 23.12.2022

Kəmalə Ağazadə ölümlə hədələndi

Azərbaycan Uşaqlar birliyinin sədri Kəmalə Ağazadə ölümlə hədələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə o özü məlumat yayıb. Onun sözlərinə görə, son günlər fəaliyyəti ilə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunur:

"Hətta ölümlə hədələnirəm. Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin məzmunu həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcək”.

Sədr ona qarşı olan təhdidlərin bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başladığını da vurğulayıb.

Bahar