Xəbər lenti

Dünya 17:16 12.10.2023

Kəşfiyyat rəisi Kadırovun xəstəliyini açıqladı: “Bunu biz də etiraf etməliyik”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Kremlin nəzarətində olan Çeçenistanın lideri Ramzan Kadırov artıq sağalıb - onun böyrəklərində problemlər var.

Qaynarinfo xəbər verir ki, bu barədə Budanov "Ukrayinska Pravda”ya müsahibəsində deyib. 

"Onun səhhətində problemlər var, düzdür. İndicə xatırladığınız epizodda, o, həqiqətən xəstə idi, amma sağalıb. İstəsək də, istəməsək də, bunu biz də etiraf etməliyik. Onun böyrəklərində problemlər var. Həyatı üçün təhlükə var idi, lakin o, bunun öhdəsindən gəldi”, - Budanov bildirib.

Xatırladaq ki, sentyabrın 15-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirmişdi ki, Kadırovun vəziyyəti çox ağırdır.

Sentyabrın 17-də isə onun səhhətinin kəskin şəkildə pisləşməsi və hətta ölümü ilə bağlı şayiələrin ardınca ilk dəfə olaraq Kadırovun şəxsi videosu yayılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->