Xəbər lenti

Dünya 16:19 07.10.2023

Lukaşenko Belarus ordusunun tam döyüş hazırlığına gətirildiyini açıqladı

Belarus ordusu ölkə ərazisini qorumaq üçün modernləşdiriləcək, eyni zamanda "Vaqner”in tövsiyələri qəbul ediləcək. 

Qaynarinfo xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Brest vilayətinə səfəri zamanı deyib.

O, düşmənin hər an hücumunu dəf etmək üçün ordunun tam döyüş hazırlığına gətiriləcəyini vurğulayıb.

Hərbçilər əraziləri müdafiə etməyə hazırlaşacaqlar. "Belarus sərhədinin perimetri boyunca bir neçə oxşar, lakin daha böyük müdafiə xətti olacaq”, - Lukaşenko əlavə edib və onların Ukraynadakı münaqişə və "Vaqnerçilər”in tövsiyələri nəzərə alınmaqla təşkil edildiyini qeyd edib.

NSN-in məlumatına görə, oktyabrın 6-da Lukaşenko Brest vilayətinə gəlib və burada rus döyüşçüləri ilə birgə təlim poliqonuna baş çəkib. Ölkə lideri vurğulayıb ki, Belarus ordusu Rusiya hərbçilərindən çoxlu məlumat və təcrübə əldə edir. Bir gün əvvəl Belarusda da səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->