Xəbər lenti

Mask işdən azad olunsa da, qeyri-rəsmi müşavir olaraq qalacaq
Dünya 11:00 30.05.2025

Mask işdən azad olunsa da, qeyri-rəsmi müşavir olaraq qalacaq

İlon Mask Donald Tramp administrasiyasında xüsusi hökumət qulluqçusu kimi fəaliyyətini başa vuracaq, lakin prezidentin qeyri-rəsmi müşaviri olaraq qalmağa davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News” mənbələrə istinadən məlumat yayıb.

Vəziyyəti anonimlik şərti ilə şərh edən rəsmi bildirib ki, Maskın rəsmi şəkildə vəzifədən azad olunması çərşənbə axşamı axşam başlayıb – məhz həmin gün qanunla müəyyən olunmuş 130 günlük müddət başa çatıb. Bu müddət ərzində Mask müvəqqəti hökumət vəzifəsi tuta bilərdi. Rəsmi olaraq onun səlahiyyətləri 30 may tarixində, Trampın inauqurasiyasından sonrakı 130-cu gündə başa çatır.

Mask sosial şəbəkədə prezidentə əməkdaşlıq imkanı üçün təşəkkür edərək bildirib ki, onun hökumətin effektivliyi üzrə komandası işini davam etdirəcək:
"Mən prezidentə faydasız xərcləri azaltmaq imkanı üçün təşəkkür etmək istəyirəm. DOGE missiyası zamanla güclənəcək və hökumət üçün həyat tərzinə çevriləcək".

Administrasiya rəsmiləri Maskın "dostyana şəkildə" ayrıldığını desələr də, "ABC News” mənbələri gərginliyin olduğunu qeyd edir: Tramp guya Maskın bəzi qərarlarından, xüsusən tariflərlə bağlı tənqidi şərhlərindən narazı qalıb. Buna baxmayaraq, Ağ Ev təsdiqləyib ki, Mask texnologiya və innovasiya məsələlərində gələcəkdə də görüşlərdə iştirak edəcək və məsləhət verəcək.

Xüsusilə vurğulanır ki, çərşənbə günü Mask hələ də hökumət vəzifələrini icra edirdi – onu Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard qəbul etmişdi. Görüşdə dövlət-özəl texnologiya tərəfdaşlıqları və ölkənin təhlükəsizliyi məsələləri müzakirə olunub.

Qeyd edək ki, İlon Mask Donald Tramp administrasiyasına konkret və qısa müddət – 130 gün – üçün xüsusi hökumət müşaviri qismində cəlb olunmuşdu. Onun rolu hökumətin effektivliyi və innovasiyalarla bağlı məsələlərdə məsləhət verməkdən ibarət idi.

Maskın mandatı bu gün rəsmi olaraq başa çatır. Bundan əvvəl o, Trampın "böyük və gözəl" vergi və büdcə qanununu tənqid edərək bildirmişdi ki, bu qanun xərclərin azaldılması səylərini sarsıdır və büdcə kəsirinin artmasına gətirib çıxaracaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->