"Meta" şirkəti 18 yaşdan kiçik "Instagram" istifadəçiləri üçün yeni "yeniyetmə hesabları" hazırlayır ki, valideynlər onların fəaliyyətlərinə nəzarət etmək, o cümlədən gecə saatlarında uşaqların proqrama girişini bloklamaq imkanı əldə etsinlər.
Qaynarinfo bu barədə "The Guardian"a
istinadən xəbər verir.
Şirkət yeni istifadəçilərə şamil ediləcək "yeniyetmə hesablarını" işə saldığını bildirib. Daha sonra bu cür parametrlər yeniyetmələr tərəfindən saxlanılan mövcud hesablara da şamil ediləcək. Elan Avstraliya hökumətinin bu platformalara girişi məhdudlaşdırmağı təklif etməsindən sonra verilib.
"Yeniyetmə hesabı"nın parametrlərində edilən dəyişikliklərə valideynlərə proqramdan istifadə üçün gündəlik vaxt məhdudiyyətləri təyin etmək, yeniyetmələrin müəyyən vaxtlarda "Instagram"dan istifadəsini bloklamaq, övladının mesajlaşdığı hesablara və baxdıqları məzmun kateqoriyalarına baxmaq imkanı vermək daxildir", deyə qeyd edilir.
"Instagram"da qeydiyyatdan keçən yeniyetmələr indi defolt olaraq ən ciddi məxfilik parametrlərini əldə edirlər. Bura böyüklərin izləmədikləri yeniyetmələrə mesaj göndərməsinin qarşısını almaq və gecə bildirişlərini söndürmək də daxildir.
Öz növbəsində, yeni "yeniyetmə hesabı" funksiyasına əsasən, artıq 16 yaşından kiçik istifadəçilər bu parametrləri dəyişdirmək üçün valideyn icazəsinə ehtiyac duyurlar, yeni funksiyaları defolt olaraq quraşdırılmış 16-18 yaşlı istifadəçilər isə dəyişə biləcəklər.
"16 yaşdan kiçik uşaq parametrlərini dəyişməyə cəhd etdikdə, valideyn nəzarəti böyüklərə yeni vaxt məhdudiyyətləri təyin etməyə, gecələr girişi blok etməyə və övladının kiminlə mesajlaşdığını görməyə imkan verəcək", deyə nəşr əlavə edib.
Aydın
Şərhlər