Xəbər lenti

Maqazin 15:48 22.02.2023

MTV-yə xəbərdarlıq Tolikin bu sözlərinə görə edilib (VİDEO)

Xəbər verdiyimiz kimi, Fevralın 22-də Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar keçirilən iclasında "MTV”kanalına xəbərdarlıq edilib. 

Buna səbəb aparıcı Tarix Əliyevin (Tolik) "Ümid ilə gəl" verilişində səsləndirdiyi fikirlər olub.

Belə ki, Tolik fevralın 20-də efirə gedən proqram zamanı bir şəxs haqqında "Nizaməddin müəllim... Müəllim, dırnaq arasında müəllim də... Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsınız. Siz cinayət işlədirsiniz. Kimdir dalında duran? Kimdir e bunun daydayı... Guya "uçastkovu” bilmir? Onda "uçastkovu”nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli..." sözlərini işlədib.  

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan” MMC-yə ("MTV” televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.//Axşam.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->