NASA Covid-19-un əsir etdiyi Yerə yaxınlaşan asteroidi vurmağa hazırlaşır

NASA Covid-19-un əsir etdiyi Yerə yaxınlaşan asteroidi vurmağa hazırlaşır

NASA-nın Milli Aeronavtika və Kosmos İdarəsi Yerə doğru uçan kinetik asteroidi vurmağı planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, NASA bunu gələcəkdə qarşıya çıxa biləcək təhlükələrin bəri başdan cilovlanması üçün lazım olduğunu qeyd edib.

"Bəşəriyyətin yeni koronavirus ilə hazırkı mübarizəsinə və diqqətimizin çoxunu on ayırmağımıza baxmayaraq, təhdid olunduğumuz başqa təhlükələr də mövcuddur", - "Science Alert”də deyilir. Beləliklə, xüsusi bir missiya traektoriyasını dəyişmək üçün "Didymos B” asteroidini vurmağa çalışacaq. Yeri gəlmişkən, hazırda bu obyekt Yer üçün heç bir təhlükə yaratmır.

Qeyd edək ki, sözü gedən asteroidin diametri 16 metrdir. DART sistemi ona 2021-ci il sentyabrın 22-də çatacaq. Bu anda asteroid Yerdən 11 milyon kilometr məsafədə yerləşir. Cihaz üçün xüsusi NASA ksenon sürətləndiricisi işə salınacaq. Bu mühərrik bir sükan qurğusundan və güc prosessorundan ibarətdir. NASA hələ sınaqlardan keçməmiş bu cihazı birbaşa asteroid üzərində sınamaq niyyətindədir.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR