Xəbər lenti

Nikol Kidmanı boşamağa hazırlaşdığı ərinə qoydğu şərtlər açıqlandı
Maqazin 15:21 01.10.2025

Nikol Kidmanı boşamağa hazırlaşdığı ərinə qoydğu şərtlər açıqlandı

Məşhur aktrisa Nikol Kidman ərindən - müğənni Kit Urbanla boşanmaqla bağlı öz şərtlərini irəli sürüb.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, "Holland" və "Yaxşı pis qız" filmlərinin ulduzu olan Kidman birgə övladları - 17 yaşlı Sendi Rouz və 14 yaşlı Feyt Marqaret üzərində əsas qəyyumluğu əldə etmək istəyir. Belə ki, Nikol övladları ilə ildə 306 gün, Kit isə yalnız 59 gün görüşə biləcək.

"Məlumata görə, Kit hər iki həftədən bir şənbə günü səhər saat 10:00-dan bazar günü axşam 18:00-a qədər övladları ilə vaxt keçirəcək, qalan bütün günlərdə isə uşaqlara Nikol baxacaq", deyə jurnalistlər bildiriblər.

Bundan başqa, tərəflər övladları ilə birlikdə keçirəcəkləri bayramları da aralarında bölüşüblər. Məsələn, Sendi Rouz və Feyt Marqaret Analar gününü və Pasxa bayramını anaları ilə, Atalar gününü və Şükran gününü isə ataları ilə keçirəcəklər.

Həmçinin məlum olub ki, Nikol və Kit qızlarının gələcəyi ilə bağlı mühüm qərarları birgə qəbul edəcəklər. Lakin aktrisa keçmiş həyat yoldaşından maliyyə yardımı almayacaq, o bildirib ki, Urban artıq övladlarının təminatı ilə bağlı bütün öhdəliklərini yerinə yetirib.

Aktrisa və müğənni 2005-ci ildə "G'Day LA" tədbirində tanış olub və bir il sonra nikah bağlayıblar. Ardınca onların böyük qızı Sendi dünyaya gəlib, ikinci övladlarını isə cütlük surroqat ana vasitəsilə əldə edib.

Onlar 19 il birlikdə yaşayıblar, lakin ötən günlərdə boşanma xəbəri yayılıb. Əvvəlcə mətbuatda boşanma təşəbbüskarı kimi Kitin adı çəkilsə də, sonradan dəqiqləşdirilib ki, bu addımı atan Nikol olub. Səbəb isə "nikahdakı barışmaz fikir ayrılıqları" göstərilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->