Xəbər lenti

Dünya 18:17 25.08.2023

Priqojinin ölümü müharibəyə necə təsir edəcək? - Ekspert

"Yevgeni Priqojinin ölümünün Rusiya Ukrayna müharibəsinin gedişinə hər hansı bir təsiri olmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin ölümünü şərh edərəkən deyib.

Ekspert bildirib ki, Priqojinin ölümü ilə Rusiya Müdafiə Nazirliyi bir qədər rahat nəfəs almağa başlayıb:



"Priqojinin Ukrayna müharibəsində öz dəstəsilə iştirak etməsi belə oradakı ümumi mənzərəni dəyişmirdi. "Vaqner” qrupu Baxmutda müəyyən dərəcədə özünü göstərə bilib. Ona görə də Priqojinin ölümümünün Ukrayna müharibəsinin gedişinə hər hansı bir təsiri olmayacaq. Əksinə, onun ölümü ilə Rusiya Müdafiə Nazirliyi bir qədər rahat nəfəs almağa başlayıb. Artıq onların reputasiyasına mənfi təsir göstərən Priqojin ortalıqda yoxdur. Dünənə qədər rus ordusu həm Ukrayna Ordusu ilə, həm də özəl "Vaqner” qrupu ilə döyüşürdü. İndi onlar bundan xilas oldular”. 

Ekspert bildirib ki, "Vaqner”in Belarusdakı hərbi şəhərciyi də dünəndən sökülür:
 
"Priqojin sağ olanda, kimi qorxusundan, kimi də hansısa ümidlə ona hörmət edirdi. Artıq Priqojin yoxdur deyə, indi bunun əksi baş verir. Ukrayna əks-hücum əməliyyatı həyata keçirir. Ukrayna Ordusunun baş komandanı general Valeri Zalujnı ordunun Rusiya ordusunun müdafiə xəttini yarmağa yaxın olduğunu bildirib. Bu isə o deməkdir ki, həm Melitopol, həm də Zaporejye istiqamətində Ukrayna bəzi üstünlüklər əldə edir. Artıq Ukraynaya F-16-lar da verilib".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->