Xəbər lenti

Dünya 15:25 22.12.2023

Priqojinin qətlinin arxasında bu şəxs dayanır - WSJ

"Vaqner” qruplaşmasının yaradıcısı Yevgeni Priqojinin öldürülməsi planı iki ay ərzində hazırlanıb və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” Qərb və Rusiya kəşfiyyat orqanlarının nümayəndələri, həmçinin Kremlin keçmiş rəsmilərinə istinadən yazır.

"Səhra komandirinin qətli planı iki ay ərzində hazırlanıb və Qərb kəşfiyyatçıları və keçmiş rusiyalı kəşfiyyatçının fikrincə, Rusiya prezidenti Vladimir Putinin ən çoxdanki müttəfiqi və etibarlı adamı, keçmiş casus Nikolay Patruşev tərəfindən təsdiqlənib. Əvvəllər Priqojini öldürmək planının həyata keçirilməsində Patruşevin rolu barədə məlumat verilməyib", deyə nəşr vurğulaylır.

Keçmiş rusiyalı kəşfiyyatçı bildirib ki, avqust ayının əvvəlində, Moskvanın böyük hissəsi tətilə gedərkən, Patruşev şəhərin mərkəzindəki ofisində köməkçisinə Priqojini məhvetmə əməliyyatı hazırlamağa əmr edib. Qərb xüsusi xidmət orqanları bildirirlər ki, Putinə sonradan plan göstərilib və o, buna etiraz etməyib.

Bir neçə həftə sonra, Afrika turundan dönən Priqojin Moskva hava limanında təhlükəsizlik müfəttişləri təyyarəni yoxlamağı başa çatdırmasını gözləyib. Qərb xüsusi xidmət orqanlarının nümayəndələrinin bildirdiyinə görə, məhz bu gecikmə zamanı təyyarənin qanadının altına kiçik bomba qoyulub.

"The Wall Street Journal” Qərb xüsusi xidmət orqanları, ABŞ və Rusiyanın keçmiş təhlükəsizlik və kəşfiyyat, Kremlin keçmiş rəsmiləri ilə danışaraq Priqojinin üsyanı və qətli, eləcə də Patruşevin getdikcə qeyri-sabit olan Rusiya üzərində Putinin hakimiyyətinin bərpasındakı rolu ilə bağlı yeni təfərrüatları üzə çıxarıb.

Nəşr yazır ki, 2023-cü il avqustun sonunda Moskva hava limanının uçuş-enmə zolağında Priqojin özünün "Embraer Legacy 600” təyyarəsində uçuşdan əvvəl təhlükəsizlik yoxlamasının tamamlanmasını gözləyirmiş. O, göyərtəsində daha 9 nəfərlə birlikdə Sankt-Peterburqa evə uçurmuş. Gecikmə səbəbindən təyyarədə heç kim qanadın altında kiçik partlayıcı qurğunun olduğunu görməyib. Təyyarə havaya qalxdıqda, qanadı parçalanana və təyyarə yerə çırpılana qədər təxminən 30 dəqiqə ərzində 28.000 fut yüksəkliyə qalxıb. 10 nəfərin hamısı həlak olub.

Hadisədən bir neçə saat sonra kəşfiyyat məlumatları toplayan və Kremllə gizli əlaqə kanalı saxlayan avropalı qəza xəbərini görüb və oradakı rəsmidən nə baş verdiyini soruşub.

"O, aradan götürülməli idi idi", deyə Kreml rəsmisi tərəddüd etmədən cavab verib. 

WSJ-nin məlumatına görə, Patruşev çoxdan Putinə xəbərdarlıq edib ki, Moskvanın Ukraynada "Vaqner”dən asılılığı Priqojinə Kremli təhdid etməyə imkan verən həddən artıq siyasi və hərbi təsir verir.

Nəşrin məlumatına görə, Patruşev 2022-ci ilin yay aylarında Priqojinlə bağlı Putinə xəbərdarlıq etməyə başlayıb, lakin "Vaqner" döyüş meydanında uğur qazanarkən xəbərdarlıqlar qulaqardına vurulub.

Putin və Patruşevə yaxın adamlarla əlaqə saxlayan keçmiş rusiyalı kəşfiyyatçı bildirib ki, vəziyyət Priqojinin Putinə zəng vurub kobud şəkildə avadanlıq çatışmazlığından şikayət edəndən sonra dəyişib.

Keçmiş agentin dediyinə görə, bu söhbət oktyabr ayında Priqojinin prezidenti təhqir etdiyini eşidən Patruşev də daxil olmaqla digər ofis işçiləri ilə baş tutub. Patruşev daha sonra bu zəngi Putinin ondan uzaqlaşmasına səbəb kimi istifadə edib: "Səhra komandiri təhlükəli olub, o, Kremlin nüfuzuna hörmət etmir”.

Patruşevin qalib gəldiyi dekabrda məlum olub. Priqojin açıq şəkildə hərbçilərdən və təchizat çatışmazlığından şikayət edəndə belə, Putin ona məhəl qoymayıb. Zənglər cavabsız qalıb.

İyunun əvvəlində Kreml faktiki olaraq "Vaqner”i Ukraynada döyüşən qüvvə kimi ləğv etmək planlarını elan edərək, döyüşçülərinə Rusiya Müdafiə Nazirliyində qeydiyyatdan keçməyi əmr edib.

İyunun 23-də Priqojin üsyan qaldıraraq "Vaqner”in muzdlularını Rostov-na-Donu və Moskva şəhərlərinə göndərib. Qərb kəşfiyyatının qiymətləndirmələrinə və keçmiş rusiyalı kəşfiyyatçısına görə, Putin paytaxtdan uzaqda yerləşən villada olarkən Patruşev hakimiyyəti öz üzərinə götürüb və Priqojini geri çəkilməyə inandırmaq üçün çoxlu telefon zəngləri təşkil edib.

Patruşev Priqojinə rəğbət bəsləyən zabitlərdən onunla əlaqə saxlamağı xahiş edib. Kremldən Priqojinə edilən beş zəng cavabsız qalıb.

Patruşev vasitəçilər də axtarıb, Qazaxıstan və Belarus hökumətlərinə zəng edib. Belarus prezidenti Aleksandr Lukaşenko kömək etməyə razılıq verib: o, 6 saatdan çox müddət ərzində Priqojinə bir neçə dəfə zəng edib və səhra komandiri ilə Moskva arasında mesajlar çatdırıb. Lukaşenko Patruşevin səsləndirdiyi təklifi çatdırıb: Priqojin öz qoşunlarını dayandırsa, onun adamlarına Belarusa geri çəkilməyə icazə veriləcək.

Bir gün sonra Priqojinin üsyanı sona çatıb, lakin Kreml Priqojinin həyatını məhdudlaşdırmaq üçün çox az iş görsə də, onu bitirə bilib. 

"Vaqner”in rəhbəri Afrikaya uça, Sankt-Peterburqda və bütün Rusiyada işləməyə davam edə bilərdi, lakin ehtiyatlı idi. O bilirdi ki, düşmənləri var və onun başına nəsə gələ bilər, lakin razılaşmaya sadiq qalırdı", deyə Priqojinin analitik mərkəzində işləyən Maksim Şuqaley bildirib. 

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Movatt-Larssenin sözlərinə görə, Putinin planı belə olub: "Meyit hərəkət etməli idi ki, onlar nə baş verdiyini anlasınlar və Priqojinin tərəfdarların müəyyən etsinlər".

Priqojinin təyyarəsi Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə şahidlərinin videogörüntülərindən görünür ki, partlayışdan sonra qanadı qoparılmış təyyarə göydən düşüb. Bir neçə gün sonra Rusiya mətbuatı DNT testinin Priqojin və "Vaqner" qrupunun komandiri Dmitri Utkinin təyyarə qəzasında öldüyünü təsdiqlədiyini yazıb. Ölənlər arasında iki pilot və bir stüardessa da var.

WSJ qeyd edir ki, 72 yaşlı Patruşev 2024-cü il prezident seçkiləri ərəfəsində Putinə nəzarəti ələ keçirməyə kömək edib və "onun Putinin prezidentliyinin bəzi qaranlıq səhifələrindəki rolu Kremlin diqqət mərkəzinə keçənlər üçün çox vaxt ölümcül nəticələrin olduğunu vurğulayır".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->