Xəbər lenti

Rövşən Rüstəmov bu departamentə rəhbər gətirdi (FOTO)
Ekonomiks 14:35 03.12.2025

Rövşən Rüstəmov bu departamentə rəhbər gətirdi (FOTO)

Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsi həmin departamentin baş mühəndisi Ceyhun Aslanova həvalə olunub.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb. 

Ceyhun Aslanov 2023-cü ilin 3 avqustundan Hərəkət vasitələrinin təmiri departamentinin baş mühəndisi vəzifəsini tuturdu. O, 2005-ci ildən ADY-də müxtəlif vəzifələrdə, o cümlədən elektrik çilingəri, elektrovoz maşinist köməkçisi, baş usta vəzifələrində çalışıb. 2011–2015-ci illərdə Bakı–Tiflis–Qars dəmir yolu xətti layihəsində enerji təsərrüfatı üzrə mütəxəssisi kimi fəaliyyət göstərib. 2019-cu ildə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad olunaraq Azərbaycan Dəmir Yollarının baş mühəndisi təyin olunub

Aydın
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->