Xəbər lenti

Sİ təsvir etdi: Rusiya liderləri Haaqada belə görünəcəklər (FOTO)
Dünya 20:20 14.08.2023

Sİ təsvir etdi: Rusiya liderləri Haaqada belə görünəcəklər (FOTO)

Süni intellekt Kreml fiqurlarının Ukraynaya qarşı müharibə cinayətləri törətməkdə təqsirli bilinərək Haaqada müttəhimlər kürsüsündə olduqları zaman necə görünəcəyini göstərib.

Qaynarinfo xəbər verir ki, portretlər yaratmaq üçün süni intellektdən istifadə edən AI 4 ART proqramında Vladimir Putin, Dmitri Medvedev və Sergey Lavrov təsvir edilib.

Haaqadakı ICC-də müttəhimlər kürsüsündə olarkən Süni intellekt onları belə "görüb”.

Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya diktatoru Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar.

Ukrayna prezidentinin dəftərxanası bildirib ki, BCM-nin qərarı Rusiyanın hazırkı elitası ilə danışıqların aparılmayacağı və sanksiyaların ləğv olunmayacağı anlamına gəlir.

Rusiya Federasiyasında, gözlənildiyi kimi, BCM-in prokurorlarına və hakimlərinə qarşı cinayət işi açmaqla belə bir qərara reaksiya veriblər.

Avqustun 3-də QUR-un nümayəndəsi Andrey Yusov bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinə "Vaqner” yaraqlılarının cinayətlərinə görə yeni həbs qərarı verə bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->