Xəbər lenti

Sosial şəbəkələrdə müzakirə olunan idman otağı - Abbas Bağırov səbəbini açıqladı
Maqazin 16:51 29.06.2026

Sosial şəbəkələrdə müzakirə olunan idman otağı - Abbas Bağırov səbəbini açıqladı

Əməkdar artist Abbas Bağırov Gəncədə yerləşən villasında yaratdığı idman guşəsinin necə formalaşdığını açıqlayıb. 

Müğənni Qaynarinfo-ya bildirib ki, evində idman avadanlıqları toplamaq qərarını pandemiya dövründə qəbul edib. 

Həmin vaxt tətbiq olunan məhdudiyyətlər səbəbindən idman zalları və bir çox ictimai məkan fəaliyyət göstərmirdi:

"Fikirləşdim ki, idmanı dayandırmamaq üçün evdə məşq etmək imkanı yaratmalıyam. Çünki pandemiya  dövründə sağlam qalmağın ən vacib şərtlərindən biri məhz idman idi. Əvvəlcə bir-iki idman aləti aldım. Sonra onların sayı artdı - üç oldu, beş oldu. Pandemiyanın sonuna yaxın isə evimdə artıq ondan çox idman avadanlığı var idi. Çünki idmanı həqiqətən çox sevirəm". 

Abbas Bağırov bildirib ki, pandemiya başa çatsa da,  həmin avadanlıqlar bu gün də gündəlik istifadə  olunur:

"Əksinə, bəzən idman zalına getmədən evdə rahat şəkildə məşq edirəm. Bu avadanlıqların hamısını təxminən beş il ərzində mərhələli şəkildə  toplamışam. İndi evdə demək olar ki, tam şəraitdə  məşq etmək mümkündür. Üstəlik, təkcə mən yox, uşaqlarım da idmanı çox sevirlər. Buna görə də bu avadanlıqlar həm mənim, həm də onların istifadəsindədir". 

Qeyd edək ki, Əməkdar artistin evində yaratdığı idman guşəsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər idman avadanlıqlarını necə toplaması ilə bağlı müğənniyə çoxsaylı suallar ünvanlayıblar. 

Bahar Rüstəmli
--> -->