Xəbər lenti

Ölkə 15:28 05.05.2023

Sosial şəbəkələrdə trend olan “narkoman uşağ”ın kimliyi bəlli oldu (AÇIQLAMA)

"Sosial şəbəkələrdə məktəbli uşağın narkotik vasitələrin təsiri altında olması ehtimal olunan videogörünrülərin mənfi qəhrəmanının kimliyi bəllidir. Bu şəxs qaraçılardandır, adı da Ruslandır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yayılan narkotik istifadəçisi olan uşağın videogörüntüsündən danışarkən deyib.

Kəmalə Ağazadə uşağın narkotik istifadəçisi olduğunu bildirib:
 
"Onu dəfələrlə Yasamal, Sabunçu rayonu ərazisində görüblər. Uşağı ən çox Yasamal rayonu ərazisində görüblər. Dəfələrlə Daxili İşlər Nazirliyinin yerli bölmələri tərəfindən Sosial Xidmətlər Agentliyi tərəfindən müxtəlif müəssisələrə yerləşdirilib. Aidiyyatı qurumlar onun sənədlərini də düzəldiblər”. 

Kəmalə Ağazadə uşağın DİN tərəfindən aidiyyatı müəssisəyə yerləşdirildiyini vurğulayıb:
 
”Bu cür yeniyetmələrin müalicəsi üçün xüsusi tibbi müəssisələr lazımdır. Təkcə zərərli vərdişlər deyil, əqli cəhətdən inkişafdan qalan bütün uşaqlar həmin müəssisələrdə müalicə olunmalıdır”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->