Xəbər lenti

Terrorçular 200-ə qədər insanı qətlə yetirdi
Dünya 21:01 25.08.2024

Terrorçular 200-ə qədər insanı qətlə yetirdi

Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.

"Report” xəbər verir ki, bu barədə RFI radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda bir neçə hərbçi də itkin düşüb.

Radiostansiya bildirib ki, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.
--> -->