"TikTok"un ana şirkəti "ByteDance" Malayziyada 500-dən çox əməkdaşını işdən çıxararaq süni intellektlə əvəz edib. İşdən çıxarılanların əksəriyyəti məzmunun nəzərdən keçirilməsi və moderasiyası ilə məşğul olub, lakin bu proses indi avtomatlaşdırılıb və süni intellekt platformanın qaydalarını pozan məzmunun təxminən 80%-ni müəyyən edib, silə bilir.
Qayanrinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
İxtisarların təkcə Malayziyaya təsir etməyəcəyi qeyd olunur. Şirkət qlobal məzmun moderasiyası üçün süni intellektdən istifadə etməyi planlaşdırdığı üçün "TikTok" digər ölkələrdə işdən çıxarma tətbiq etməyə hazırlaşır. "ByteDance" hazırda dünyanın 200-dən çox şəhərində 110 mindən çox işçi çalışır.
Bundan əlavə, "ByteDance" musiqi axını xidməti "TikTok Music"in bağlandığını elan edib. Bu xidmət İndoneziya, Braziliya, Avstraliya, Sinqapur və Meksika da daxil olmaqla bir neçə ölkədə mövcud olub. "TikTok Music" abunələri noyabrın 28-də başa çatacaq və istifadəçilər həmin tarixdən əvvəl pleylistlərini başqa platformalara köçürməli olacaqlar. Pulun geri qaytarılması üçün müraciətlər noyabrın 28-dək qəbul ediləcək.
Aydın
Şərhlər