Amerikalı aktyor, "Missiya mümkünsüz” filmlərinin ulduzu Tom Kruz və onun 37 yaşlı sevgilisi Ana de Armas artıq birlikdə deyillər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” nəşri məlumat yayıb.
Bildirilir ki, "Bıçaqlar çəkildi” və "Sarışın” filmləri ilə tanınan aktrisa artıq başqa bir məşhur - Tom Kruzla "Top Qan 2: Meverik” filmində birgə rol alan Mayls Tellerlə bir yerdə görünüb. Bundan sonra mediada Kruzun yenidən subay olduğu barədə söz-söhbətlər yayılıb, baxmayaraq ki, nə o, nə də Ana şəxsi həyatları barədə rəsmi açıqlama verməyiblər.
Mənbələrin bildirdiyinə görə, Tom Kruz və Ana de Armas doqquz aylıq münasibətdən sonra "aralarındakı alovun sönməsi” səbəbindən ayrılıblar. Bununla belə, onlar dostluq münasibətlərini saxlayır və birgə işləməyə davam edəcəklər.
"Onların cütlük kimi vaxtı başa çatdı... Yaxşı dost olaraq qalacaqlar, lakin artıq görüşmürlər. Sadəcə başa düşdülər ki, birlikdə davam edə bilməyəcəklər və dost qalmaq daha doğrudur. Onlar hələ də bir-birinin cəmiyyətindən zövq alırlar”, - keçmiş cütlüyə yaxın şəxslər bildirib.
Qeyd olunur ki, Tom Kruz və Ana de Armas sonuncu dəfə bu ilin iyul ayında birlikdə ictimaiyyət qarşısına çıxıblar. Məhz o zaman cütlük münasibətlərini rəsmən elan etmişdi. Sentyabrda isə onların evlənmək niyyətində olduqları, hətta toyu sualtında və ya kosmosda keçirməyi düşündükləri barədə şayiələr yayılmışdı.
Aydın
Şərhlər