Xəbər lenti

Tural Abbaslıdan Siyavuş Novruzova: “Başın çıxmırsa, niyə danışırsan?
Siyasət 18:14 26.08.2022

Tural Abbaslıdan Siyavuş Novruzova: “Başın çıxmırsa, niyə danışırsan?"

 

"Növbədənkənar parlament seçkiləri, yaxud da referendum keçiriləndə qərarı Prezident verir. Prezident qərar verərkən Siyavuş Novruzovla məsləhətləşmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deputat Siyavuş Novruzovun "parlamentlərin tez-tez buraxılması parlament tipli respubliklarda olur” fikirinə münasibət bildirərkən deyib. Partiya rəhbəri Siyavuş Novruzova başı çıxmadığı hər hansı bir məsələ barəsində fikir bildirməməyi tövsiyə edib:

"Siyavuş müəllim özü də açıqlamasının sonunda deyib ki, başım çıxmır. Başı çıxmır, ona görə belə danışır da. Başın çıxmırsa, niyə müsahibə verirsən? Əksinə, bu gün Azərbaycanda həm iqtisadi problemlər var, həm də siyasi. Ola bilsin, Siyavuş müəllim villasından gec-gec insan içinə çıxır ki, belə danışır. Ona görə deyir ki, bizdə problem yoxdur və s". 

Tural Abbaslı hesab edir ki, bu, nə Siyavuş Novruzovun biləcəyi, nə də onun təsir edə biləcəyi işlərdir:

"Düşünmürəm ki, Siyavuş Novruzovun fikirləri cəmiyyətdə nəyəsə təsir etsin”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov mətbuata müsahibəsində erkən parlament seçkilərinin və referendumun keçirilməsi ilə bağlı cəmiyyətdə səslənən fikirlərə qarşı çıxıb:

"Parlamentlərin tez-tez buraxılması parlament tipli respubliklarda olur. Prezidentli respublikalarda bu hal çox nadir hallarda baş verir. Parlament tipli respublikalarda konstitusion hökumət yarana bilmir, hökumətdə böhran yaranır, bunun nəticəsində də hökumət istefaya göndərilir, bu halda parlament avtomatik buraxılır, yeni parlament seçilir, hökumət formalaşır. Azərbaycanda hökumət prezident tərəfindən formalaşır, parlament tərəfindən yox. Digər tərəfdən, ölkəmizdə hansısa böhran yoxdur, cənab Prezident ölkəni idarə edir. Həm beynəlxalq aləmdə, həm də ölkə daxilində Azərbaycan inkişaf edir. Bu gün heç yerdə Azərbaycandan nümunəvi ölkə yoxdur. Bütün ölkələr tədbirlərini Azərbaycana salırlar. Çünki stabil ölkədir, təhlükəsizdir, iqtisadi cəhətdən inkişaf edib, sosial problemlərin həll olunduğu ölkədir. Bizdə seçkilərə nə zərurət var? Zərurət o ölkədə olar ki, ölkə bataqlığın içində çabalayar, seçkilərə gedib çıxış yolu axtararlar. Düz yolun ortasında bunlar nə seçki axtarır, başım çıxmır”.

Bahar Rüstəmli

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->