Xəbər lenti

Xalq artisti:
Maqazin 09:25 29.10.2024

Xalq artisti: "Allah səni də, səni döyən kişini də xoşbəxt eləsin"

Xalq artisti Faiq Ağayev xəyanətlə bağlı açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə” layihəsində danışıb. 

O, xəyanəti bağışlamağın məcburi olmadığını vurğulayıb:

"Heç kimin heç kimə borcu yoxdur. Adam özünə necə iyrənc təsəlli verir. Bağışlamaq xəyanətdən doğan bir şeydir. Ya bağışlayırsan, ya da deyirsən, salamat. Bəzən gəlin deyir ki, qayınanamın qarşısında, belə ayaqüstə dayanmışam. Sən çilə çəkmisən deyə səndən sonrakı da belə etməlidir? Sənin vaxtında Bakıda trolleybus var idi, indi yoxdu. Sən "tans”a gedirdin, indikilər diskotekaya. Köhnə qanunlar indi işlək deyil. Bəlkə də əksəriyyəti işləkdir. Amma bəziləri palaza bürün, ellə sürün məsəli kimidir. İndi hamı təyyarə ilə uçur. Deyəcəklər, məcazi mənada deyilib. Amma deyərdilər ki, filin, atın belinə palaz qoyub getmək və sairə. İndi təyyarə varsa, niyə palaza bürünək? İlon Mask deyirsə ki, 10 il sonra Marsda olacağıq, onda nə palaz?”.

Ağayev həmçinin efirlərdə kişi-qadın münasibətləri ilə bağlı qalmaqallı açıqlamalar verən xanım müğənnilərdən söz açıb:

"Bu, sənin fərdi seçimindir. O demək deyil ki, hamı sənin kimi olmalıdır. Allah səni də, səni əzib döyən kişini də xoşbəxt etsin. Özünüz bilərsiniz, lazım olanda polisə zəng edib kömək edərik. Başqası başqa cür yaşayırsa, məğrurluğunu heç kimin ayağına vermirsə, sənin nə haqqın var ki, deyəsən, bu qəlibdən çıxan ermənidir?”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->