Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub.
Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək.
Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib.
Xatırladaq ki, Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bahar Rüstəmli
Şərhlər