Prezident İlham Əliyevin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İlqar Akif oğlu Mahmudov bu gün kollektivə təqdim olunub.
Qaynarinfo xəbər verir ki, icra başçısını Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.
Şərhlər