ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 10 dekabrda Rusiyanın Zaporojye şəhərinə etdiyi hücumdan sonra hadisə yerinə iki operativ reaksiya avtobusu göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə agentlik X (Twitter) platformasında məlumat https://x.com/USEmbassyKyiv/status/1866859250477134314 yayıb.
USAID-in göndərdiyi operativ reaksiya avtobusları hadisə yerində zəruri avadanlıqlar, o cümlədən generatorlar təmin edərək operativ reaksiya xidmətlərinin işinə dəstək olub.
Qeyd edək ki, 10 dekabrda ruslar Zaporojye şəhərinə hücum edib, nəticədə özəl klinika dağıdılıb və bir neçə bina zədələnib. 12 dekabr səhəri üçün ölənlərin sayı on nəfərə çatıb.
3 dekabrda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynanın enerji sektorunun dəstəklənməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Alpər
Şərhlər