Ağdam şəhərində 4 nömrəli yaşayış massivində yaşayış binalarının tikintisi ilə bağlı həyata keçirilən müvafiq işlər davam etdirilir.
Çəhər ərazisində bərpa və yenidənqurma işləri sürətlə aparılır.
Belə ki, massivin 1, 2, 3, 4, 5 və 6-cı məhəllələri üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən məhəllələr üzrə yaşayış binalarının tikintisinin 107,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb. (İqtisadiyyat.az)
Şərhlər