Almaniya kansleri Olaf Şolts bazar ertəsi səhər gözlənilməz səfərlə Kiyevə gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel”
yazır.
Şoltsun sözlərinə görə, bu səfərlə o, Ukraynaya həmrəylik nümayiş etdirmək istədiyini bildirib. O vurğulayıb ki, Almaniya "Avropada Ukraynanın ən güclü tərəfdarı olaraq qalacaq" və əlavə silah tədarüklərini vəd edib.
''Prezident Zelenski ilə görüşdə dekabr ayında çatdırılması nəzərdə tutulan 650 milyon avroluq əlavə silah tədarükünü elan edəcəyəm'', – deyə kansler bildirib və Ukraynanın Almaniyaya güvənə biləcəyini əlavə edib.
''Biz dediyimizi edirik və etdiyimizi deyirik'', – deyə Şolts vurğulayıb.
Bu, Şoltsun Ukraynaya ilk səfəri deyil. 2022-ci ilin iyununda o, Rumıniya, Fransa və İtaliya liderləri ilə birlikdə Kiyevi ziyarət etmişdi.
Alpər
Şərhlər