Xalq artisti Miri Yusif ABŞ-da cinayət törətməsi ilə bağlı məlumata aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, hadisə 2006-cı ildə baş verib:
"Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım".
Miri Yusif hadisədən sonra Azərbaycana qayıtdığını xatırladıb. Müğənni deyib ki, hadisənin yenidən gündəmə gətirilməsi onu cavanlıq illərinə qaytarıb: "Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə".
Qeyd edək ki, Xalq artisti Miri Yusifin Amerikada cinayət törətməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, müğənni 2000-ci illərdə Kaliforniyada cinayətdə iştirak edib və Milli Cinayət Məlumat Mərkəzinin (NCIC) 484(A) (oğurluq) maddəsi ilə ittiham olunub.
Bahar Rüstəmli
Şərhlər