Müğənni Əlikram Bayramov dəvət aldığı toylardan götürdüyü 56 000 AZN məbləğində behi geri qaytarıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Müğənni hadisənin pandemiya zamanı baş verdiyini açıqlayıb:
"Çoxlu toylarım vardı, hamısından beh də almışdım. Pandemiya oldu, toylar təxirə salındı, camaatın pulunu yeməyəcəydim ki, hamısını geri qaytardım. Bəzi adamlar deyir ki, beh qayıtmalı deyil. Elə şey yoxdur, oxumamısansa, pulu qeri qaytarmalısan".
Əlikram Bayramov deyir ki, behi qaytardığına görə toy sahiblərindən bəziləri ona hədiyyə edib:
"100-200, hətta 300 manat da hədiyyə verən oldu. Dedilər ki, bunu hər adam etməz. Bu səbəbdən həmin pulu sizə hədiyyə edirik. Allah bu xalqı qorusun".
Bahar Rüstəmli
Şərhlər