Xəbər lenti

İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq
Sənət16:29 20.07.2019

İspaniyada yaşayan şairin kitabının təqdimatı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyada yaşayıb yaradan Azərbaycanlı şairin ilk şeirlər kitabının təqdimatı olacaq.
Səfa Rəşid 90-cı illərin sonlarında ədəbi mühitdə olan istedadlı şairlərdəndi. Artıq 3 ildir ki (əvvəllər də yaşadığı 2006-2012) İspaniyanın Santander şəhərində (2016-2019) yaşayır. Yaxın günlərdə şairin "Ayrılığı sal yadıma" şeirlər kitabı işıq üzü görüb.
Kitabda şairin 90-cı illərin sonunda qələmə aldığı şeirlərlə yanaşı, son iki ildə qürbət həyatında yazdığı sevgi, vətən və fəlsəfi düşüncəli mənsur şeirləri yer alıb.
Poeziya sevərlər insanlar iyulun 28-i, saat 14:00 da "Azərkitab" təbliğat mərkəzində keçiriləcək təqdimetmə və imza günündə iştirak edə bilərlər.
Ünvan: Yasamal rayonu, general Akim Abbasov küçəsi 78.
(Lider TV-nin yanı)