Xəbər lenti

Könül Kərimova müğənnilərə qadağa qoydu
Maqazin14:34 18.09.2025

Könül Kərimova müğənnilərə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Könül Kərimova müğənnilərə qadağa qoyub.
Sənətçi "Gün ortası" proqramında mahnılarından istifadəyə icazə vermədiyini açıqlayıb:
"Mahnılarıma toxunmayın. Nə istəyirsiniz edirsiniz. Qəti olmaz. Özünüz bilərsiniz, sizə xoş gəldi və ya yox: qadağalarım var. Bilmirəm müasirlik nə deməkdir? Gedin başqa mahnı oxuyun. İcazə vermirəm ki, mahnının qol-qənədini qırasınız, adını da müasirlik qoyasınız. Kim icazə verir ki, onları cılızlaşdırasınız? Nədi-nədi daha çox qəbul olunur? Qəbul edən həmin kütlə mənə lazım deyil. Hər şeyin yeri səhv düşüb. Qalmaqalla hara kimi getmək olar? Bunun içində mədəniyyətsizlik, hörmətsizlik var".//axşam.az