Xəbər lenti

Dünya 13:33 26.06.2025

"Melaniya ABŞ-a necə gəlib?" - Birinci xanımın vizası ilə bağlı qalmaqal yarandı

ABŞ-ın birinci xanımı Melaniya Trampın immiqrasiya keçmişi bu həftə ABŞ Konqresində qalmaqalın mərkəzinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, "Newsweek” nəşrinin yazdığına görə, Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləmələr zamanı demokrat konqresvumen Jasmin Kroket onun 2001-ci ildə əldə etdiyi EB-1 vizasının qanuniliyini açıq şəkildə sual altına alıb.

Qeyd edək ki, EB-1 kateqoriyası üzrə verilən bu viza - qeyri-rəsmi adı ilə "Eynşteyn vizası” - əsasən Nobel mükafatı laureatları, Olimpiya çempionları, tanınmış alimlər, sənətkarlar və dünya miqyasında qəbul edilmiş şəxslərə təqdim olunur. Bu viza "fövqəladə bacarıqlara və davamlı beynəlxalq tanınmaya” malik şəxslər üçün nəzərdə tutulur.

"Sonuncu dəfə yoxlayanda, birinci xanımın bu kateqoriyaya uyğun heç bir mükafatı yox idi. Melaniya modeldir, lakin nə Tayra Benks, nə də Sindi Krouford səviyyəsində. Buna baxmayaraq, o, bu vizanı alıb", deyə Kroket bildirib.

Kroket Respublikaçılar Partiyasını ikili standartlarda ittiham edərək bildirib ki, onlar adi immiqrantları sərt şəkildə hədəf alır, lakin Trampa yaxın şəxslərin mübahisəli viza almasına göz yumurlar.

"Oğurluq kimi insanları səbəbsiz tutub, nömrəsiz furqonlara basmaq ədalət deyil. Ədalət həm də birinci xanımın ABŞ-a necə gəldiyini təkrar nəzərdən keçirməkdir", deyə konqresmen vurğulayıb. 

O, çıxışını istehzalı şəkildə yekunlaşdıraraq əlavə edib: "Burda riyaziyyat düz gəlmir və bunu anlamaq üçün Eynşteyn olmağa ehtiyac yoxdur".

Melaniya Trampın viza tarixçəsi

Açıq mənbələrə əsasən:

* 1996-cı ildə Melaniya Tramp (qızlıq soyadı Melaniya Knavs) modellər üçün nəzərdə tutulmuş H-1B iş vizası ilə Sloveniyadan ABŞ-a köçmüşdü.
* 2001-ci ildə isə "fövqəladə bacarıqlara malik şəxslər” üçün nəzərdə tutulan EB-1 vizasını alıb.
* 2006-cı ildə - Donald Trampla 2005-ci ildə evləndikdən sonra ABŞ vətəndaşlığı əldə edib.

Lakin EB-1 vizası üzrə qoyulan yüksək tələblər səbəbindən onun bu vizanı necə aldığı uzun müddətdir ki, ABŞ ictimaiyyətində və mediada mübahisə mövzusudur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->