Xəbər lenti

Monqolustanda etirazçılar hökumət sarayına basqın edib, içəri girdilər (VİDEO)
Video 16:00 05.12.2022

Monqolustanda etirazçılar hökumət sarayına basqın edib, içəri girdilər (VİDEO)

Dekabrın 4-də Monqolustanın paytaxtı Ulan-Batorda ölkədə 12 milyard dollarlıq ixrac kömürünün oğurlanması ilə bağlı kütləvi etirazlar başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Central Asia” yazır.

"Baza” Telegram kanalı yazır ki, dekabrın 5-də etirazçılar paytaxtdakı Hökumət Sarayına basqın edərək hakimiyyətdən kömür oğurlayan siyasətçilərin cəzalandırılmasını tələb ediblər

Bir gün əvvəl mətbuatda ölkədən ixrac edilən kömürün miqdarının Çin tərəfinin aldığı kömürün miqdarının fərqli olduğu barədə məlumat yayılıb. Nəticədə, Çin xammal oğurluğu ilə məşğul olan məmurları edam edib və mətbuatda Çin tərəfinin Monqolustanın baş naziri Oyun-Erden Luvsannamsraiyə oğurluqda əli olan Monqolustan siyasətçilərin adlarını göndərdiyi bildirilir.

İndi nümayişçilər hökumətdən və prezidentdən kömür oğurlayanların adlarını açıqlamalarını və korrupsiya sxemini ifşa etməyi tələb edirlər. "Baza”nın məlumatına görə, təhlükəsizlik qüvvələri ilk hücum cəhdini dayandırsalar da, etirazçılar binaya soxulmağa çalışırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->