Xəbər lenti

Müctəba Xamenei xalqa müraciət etdi: Hörmüz boğazı bağlı qalmalıdır
Dünya 17:33 12.03.2026

Müctəba Xamenei xalqa müraciət etdi: Hörmüz boğazı bağlı qalmalıdır

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei xalqa ilk müraciətini edib.

APA xəbər verir ki, onun müraciəti yazılı formada yayımlanıb.

Müctəba Xamenei bildirib ki, Hörmüz boğazı bağlı qalmalıdır.

Müctəba Xamenei "Hörmüz boğazının bağlı qalmasının düşmənə təzyiq vasitəsi olaraq davam etdirilməli olduğunu” bəyan edib.
 
"Əgər müharibə davam etsə, "digər cəbhələr” açılacaq", deyə Müctəba Xamenei müraciətində bildirib.

O qeyd edib ki, ABŞ və İsrailin daha az təcrübəyə malik olduğu, həssas və zəif digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılıb: "Müharibə davam edərsə, məsləhətlər nəzərə alınaraq, həmin cəbhələrin aktivləşdirilməsi həyata keçiriləcək".

İran hərbçilərinə təşəkkür edən Müctəba Xamenei xalqa birlik çağırışı edib, onları Qüds Günü yürüşündə iştiraka dəvət edib.



--> -->