Dünya 09:30 29.05.2023

Rusiyanın S-400 zenit-raket kompleksi Belarusa aparıldı

Rusiya Belarusa daha bir dəst S-400 zenit-raket kompleksləri tədarük edib. 

Qaynarinfo xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda kompleks döyüş növbətçiliyinə keçəcək.

Nazirlik vurğulayıb ki, Belarus zenitçiləri Rusiyanın poliqonlarında sistemin döyüş istifadəsi üzrə tam hazırlıq kursu keçiblər.

Hava hücumundan müdafiə sistemlərinin çatdırılması iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Əlavə edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko 2022-ci ilin dekabrında Rusiyanın S-400 və İsgəndər raket komplekslərinin istifadəyə veriləcəyini açıqlamışdı.
 
Alpər