Xəbər lenti

Yumurta ötən illə müqayisədə ucuzdur?
Ekonomiks16:30 10.10.2025

Yumurta ötən illə müqayisədə ucuzdur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yumurtanın qiymətində heç bir artım olmayıb.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında yumurtanın bahalaşması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Sədr ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurtanın qiymətinin ucuz olduğunu xatırladıb:
"Hazırda yumurta sentyabr ayına olan qiymətlə satışdadır. Mağazalara topdansatış 0,14 qəpiklə təhfil verilir”.
Qeyd edək ki, sentyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb. Məlumata görə, ət və ət məhsulları 2,3%, balıq 1,5%, yumurta 1,1%, tərəvəz 6,2%, kərə yağı 0,6% bahalaşıb.
Bahar Rüstəmli