Xəbər lenti

12 ildir cavabı tapılmayan sual: MH370-ə nə oldu? - Daha bir məyusluq
Dünya 18:58 08.03.2026

12 ildir cavabı tapılmayan sual: MH370-ə nə oldu? - Daha bir məyusluq

Aviasiya tarixinin ən böyük sirlərindən biri olan "Malaysia Airlines"ın MH370 uçuş nömrəli təyyarəsi ilə bağlı ümidlər yenidən puç olub. 

Qaynarinfo xəbər verir ki, təyyarənin yox olmasının 12-ci ildönümündə Malayziya Nəqliyyat Nazirliyi son axtarış fəaliyyətlərinin heç bir nəticə vermədən tamamlandığını açıqlayıb.

8 mart 2014-cü ildə Kuala Lumpur-Pekin marşrutunda 227 sərnişin və 12 ekipaj üzvü ilə radar ekranlarından itən "Boeing 777" tipli təyyarənin izi, onlarla il keçməsinə baxmayaraq hələ də tapılmayıb.

Okeanın dərinliyində səssizlik

Son axtarış İngiltərə və ABŞ mərkəzli "Ocean Infinity" şirkəti tərəfindən ötən dekabr ayında həyata keçirilib. Təxminən 15 min kvadrat kilometr sahə dərinləşdirilib və 6 min metrə qədər enə bilən avtonom sualtı dronlardan istifadə olunub. Lakin təyyarənin qalıqlarına dair heç bir konkret sübut əldə edilməyib.

Malayziya Nəqliyyat Nazirliyinin açıqlamasında 23 yanvar tarixində başa çatan işlərin "qalıqların yerini müəyyən edəcək heç bir tapıntı təqdim etmədiyi” vurğulanıb.
 


Ailələrin hiddəti davam edir

12 illik faciənin ildönümündə çinli sərnişinlərin ailələri açıq məktub yayımlayaraq etirazlarını ifadə ediblər. Məktubda qeyd olunub ki, son iki ay ərzində həm "Malaysia Airlines", həm də Çin hökuməti vasitəsilə Malayziya Nəqliyyat Nazirliyi ilə dəfələrlə əlaqə saxlanılıb, lakin cavab verilməyib.

Ailələr bildirib ki, 12 il ərzində davam edən yas prosesi zamanı heç bir real psixoloji dəstək almayıblar: "Çox şey istəmirik, sadəcə görünmək, eşidilmək və duyğularımıza, şərəfimizə hörmətlə yanaşılmasını istəyirik".

Eyni zamanda, arama işləri boyunca onlara məlumat verilməməsi də tənqid olunub: "Axtarış işlərinin çətinliyini başa düşürük, amma bu ilin 15 yanvar tarixindən bəri ailələrə proses barədə heç bir məlumat verilməyib".

Diplomatik fəaliyyət davam edir

Məlumata görə, Pekindəki ailələr ənənəvi olaraq Çin Xarici İşlər Nazirliyi tərəfindən qəbul ediləcək. Daha sonra onlar Malaziya baş nazirinə təqdim olunmaq üçün məktubu Malaziya səfirliyinə çatdıracaqlar.

Aydın

--> -->