Sənət 14:49 24.11.2022

5 ildir binasız qalan YUĞ teatrı: “Nazir özü dəfələrlə deyib ki...”

YUĞ Teatrı 5 ildir ki, binasız fəaliyyət göstərir.

Bu barədə Qaynarinfo-ya açıqlamasında teatrın bədii hissə müdiri Elçin Cəfərov deyib. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə uyğun qurumlara müraciət olunub:

"Mədəniyyət Nazirliyi özü də YUĞ teatrının binasının olmaması, quruma yer verilməsi ilə bağlı dəfələrlə açıqlama verib və problemdən narahat olduqlarını dilə gətirib. Amma hələ kollektivə yer verilməyib. Biz Kukla Teatrında fəaliyyət göstəririk. Nə qədər şərait yaradılsa da, bir teatr digər teatra sığmır. İndiki vəziyyətdə məsələ açıq qalıb”.

Elçin Cəfərov deyir ki, kollektiv hazırda Kukla teatrının binasından, səhnəsindən istifadə etsə də, yenə də müsqətil məkana ehtiyacı var:

"Zaman-zaman bu məsələ hər iki kollektivə maneə yaradır. Ümid edirik ki, yaxın zamanda problem öz həllini tapacaq”.

Bahar Rüstəmli