"Azərbaycan Dəmir Yolları" QSC Beydullayev Amil Zahir oğlunu məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Amil Beydullayev 2020-ci ildə Mərkəzi Seçki Komissiyasında (MSK) Vahid Azərbaycan Partiyasının (VAP) səlahiyyətli nümayəndəsi olub.
VAP 1993-cü ildə təsis edilib. İlk sədri Kərrar Əbilov olub. 2016-cı ildə VAP-ın növbəti qurultayı keçirilib və adı dəyişdirilərək "Ağ Partiya” adlandırılıb. "Ağ Partiya” 2020-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Həmin ilin fevral ayında növbədənkənar parlament seçkiləri keçirilib.
Amil Beydullayev məhz bu seçkilərdə səlahiyyətli nümayəndə seçilib. Görünür, həmin vaxt "Ağ Partiya”nın qeydiyyatı olmadığı üçün Amil Abdullayev VAP-ın səlahiyyətli nümayəndəsi kimi təsdiqlənib.
Qeyd edək ki, "Ağ Partiya”nın sədri keçmiş müsavatçı Tural Abbaslıdır.
Seyid
Şərhlər