Sənət 18:20 16.03.2024

Afaq Bəşirqızı "Bəxt üzüyü"ndə rejissora hansı şərti qoymuşdu?

Xalq artisti Afaq Bəşirqızı "Bəxt üzüyü" filmi ilə bağlı maraqlı fakt açıqlayıb.

Qaynarinfo olay-a istinadla xəbər verir ki, bu barədə o, "Yaşananlar" verilişində danışıb.

Bəşirqızı deyib ki, film çəkilməzdən əvvəl rejissora tərəf müqabili, Xalq artisti Valeh Kərimovla bağlı şərt qoyub:

"Dedilər, film olacaq. Onda qulağıma sözlər çatdı. Sonra rejissorla danışdım. Dedi ki, rollar təyin olunub, bölünüb. Soruşdum ki, bir bəstəkar kimdir, bir də Moşunu kim oynayır? Söylədi ki, Afaq, bu çox əla olacaq, birdən-birə filan aktyor Moşu obrazında çıxacaq. Allah rəhmət etsin. Söylədim ki, Valeh çəkilməsə, mən çəkilməyəcəyəm. Dedi ki, teatrda nə qədər oynamısız. Mən də söylədim ki, yaratmışıq. Orada Valeh və digər aktyorlar var. Dedim, rejissorsan, işinə qarışmıram, digər rollara deyə bilərsən.

Amma Moşunu Valeh oynamalıdır. Söylədim ki, heyfdir. Rəhmətlik Vaqif Səmədoğlu sağ idi. Ona da söylədim. Bəli, aktyor Valehdən də məşhur idi, amma Moşunu o, oynamalıdır. Axırda mənimlə razılaşdılar. Valeh səhnədə də seçilirdi. Hərdən deyirdim ki, Allah evini tiksin, bir az özünü ələ al. Biz axı kameraya öyrəşmiş insanlar deyilik. Teatr səhnəsində olmuşuq. Valeh də həddən çox arıqladı, çünki stress keçirirdi. Görürdüm ki, fikirləşir. O, həmişə məsuliyyətli aktyor olub".