Dünya 15:38 20.05.2022

“Azovstal”ın gözləri”: Təslim olmağa hazırlaşan fotoqraf Orestin çəkdiyi son fotolar

Azovstalda baş verənləri sənədləşdirən fotoqraf Orest təslim olmağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, o, müsabiqələrə göndərmək xahişi ilə zavoddan çəkdiyi ən son fotoları və işlərinin arxivinə keçidi dərc edib.

"Və son. Sığınacağa, ölümüm və həyatımın yeri olan "Azovstal”a təşəkkür edirəm”, - fotoqraf yazıb.

Orest hər kəsdən bu şəkilləri fotomüsabiqələrə təqdim etməyi xahiş edib. "Yeri gəlmişkən, mən əsirlikdə olduğum müddətdə sizə ən yaxşı keyfiyyətdə fotolarımı saxlayacam, onları bütün jurnalist mükafatlarına və foto müsabiqələrinə göndərin, nəsə qazansam, azad olanda çox şad olaram. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Tezliklə görüşərik”, - Orest yazıb.

Orestin fotoları dünya mediası tərəfindən tez-tez dərc edilirdi. Onu "Azovstal”ın gözləri” adlandırırlar, çünki onun fotoşəkillərindən və videolarından mühasirəyə alınmış zavodda baş verənləri içəridən, hadisələrin birbaşa iştirakçısından öyrənmək olar. O, həm ukraynalı müdafiəçilərin şücaətini, həm də Mariupolda Rusiyanın hərbi cinayətini əks etdirir.

Mayın 2-də Orest Mariupolda çiçək açan ağacla selfi çəkdirib.

"Bu şəkil son foto üçün mükəmməl olardı ki, hamı məni belə xatırlasın. Məni ən yaxşı səciyyələndirən foto, dəhşətlərdən belə gözəl nəsə tapa bilərəm. Amma inanıram ki, bu foto yalnız başlanğıc olacaq. Bütün mülki əhalinin Mariupoldan azad edilməsinin başlanğıcı, yaralılarımızın təxliyəsi və ola bilsin ki, qoşunlarımız tərəfindən Mariupolun azad edilməsinin başlanğıcı”, - deyə Orest yazıb.

Nizami Bağırov