Dünya 18:41 09.05.2023

BMT Rusiya ilə danışıqların mümkünsüzlüyünü elan etdi - Podolyak cavab verdi

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, hazırda Ukrayna ilə Rusiya arasında sülh danışıqları mümkün deyil. 

Qaynarinfo bu barədə "El Pais"ə istinadən xəbər verir.

"Təəssüf ki, mən hesab edirəm ki, sülh danışıqları indi mümkün deyil. Biz, mümkün qədər, konkret problemlərin həlli üçün hər iki tərəflə dialoq aparırıq. Ən mühüm təşəbbüs Ukraynadan taxıl ixracı idi... İndi isə atəşkəs və sülh danışıqlarının dərhal əldə olunması üçün heç bir imkan görmürəm", deyə Quterreş bildirib.

Onun sözlərinə görə, BMT-nin əsas məqsədi "beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun ədalətli sülhün” bərqərar olmasıdır.

Ukraynanın Prezident Ofisi BMT baş katibinin bəyanatına təəccüblə reaksiya verib və xatırladıb ki, konkret şərtlər daxilində sülh "olduqca mümkündür”.

"BMT-nin baş katibi Antonio Quterreşin "Ukraynada sülh indi mümkün deyil” ifadəsi bir qədər təəccüblüdür”, deyə Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də yazıb.

Eyni zamanda, o, Ukraynada sülhün mümkün olduğu şərtləri xatırladıb:

"Nəhayət, təcavüzkara BMT Nizamnaməsinin müvafiq maddələri xatırladılacaq və "nəzakətlə” başqasının ərazisini tərk etməsi xahiş olunacaq.
Onlar BMT və BMT Təhlükəsizlik Şurasının bir hissəsi hesab olunmayacaqlar. Rusiya qoşunlarını Ukraynadan çıxaracaq. Hər şey göz qabağında olanda süni impotensiyaya məntiq verməyə və haqq qazandırmağa ehtiyac yoxdur”, deyə Podolyak fikrini yekunlaşdırıb.

Aydın