Xəbər lenti

Ərəb qızı
Maqazin 10:10 28.11.2024

Ərəb qızı "Miss Planet-2024"ün qalibi oldu - BƏƏ tarixində ilk (VİDEO)

Çərşənbə günü, noyabrın 27-də Kambocada "Miss Planet-2024" beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub. 

Qaynarinfo xəbər verir ki, qalib Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Mahra Lütfri olub. Bu ölkə tarixdə ilk dəfə bu şounun qalibi adını qazanıb.

59 rəqibinə qalib gələn plastik cərrah Mahra Lütfri ən yaxşı model kimi tanınıb. O, birinci yer uğrunda finalda İndoneziya təmsilçisi ilə də mübarizə aparıb.



Bununla belə, sonuncu ekologiya sahəsində əldə etdiyi nailiyyətlərə və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərini dəstəklədiyinə görə "Miss Planet Angel" adına layiq görülüb. Bildiyiniz kimi, müsabiqənin məqsədlərindən biri təkcə ən gözəl qızı deyil, həm də mühüm ekoloji və sosial dəyişiklikləri təbliğ edən modeli seçməkdir.

Mahara Lütfri "Instagram"da qələbəsini şərh edib O, bunun BƏƏ-nin yarış tarixində ilk qələbəsi olduğunu xatırladıb, həmçinin dəstək olan hər kəsə təşəkkür edib:

"Beynəlxalq gözəllik müsabiqəsində qalib gələn ilk BƏƏ vətəndaşı! Mənə inandığınız üçün təşəkkür edirəm. Kambocaya və mənə səs verən hər kəsə təşəkkür edirəm".
 



O, həmçinin qeyd edib ki, o, müsabiqədən diqqəti dayanıqlı inkişaf məqsədlərinə və öz elmi tədqiqatlarına cəlb etmək üçün istifadə edib. Onu da qeyd edək ki, model əsas titulla yanaşı, "Miss Planet Social Networks" adına da layiq görülüb. Onun "Instagram"da 10 milyona yaxın izləyicisi var.

"Lütfi "Miss Planet" müsabiqəsindən BMT-nin davamlı inkişafını müdafiə etmək üçün istifadə etdi. O, bitki kök hüceyrələrinin tədqiqatı sahəsindəki qabaqcıl işlərindən danışdı. O, fəaliyyəti dövründə ekoloji dayanıqlığı və ərzaq təhlükəsizliyini təşviq etmək üçün regenerasiya və kənd təsərrüfatında innovasiyalara diqqət yetirdi. Bu, zəfər təkcə BƏƏ-yə qürur gətirmədi, həm də Lütfinin elmə olan həvəsini nümayiş etdirdi", deyə yarışın rəsmi səhifəsi yazıb.
 




Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->