Xəbər lenti

İdman 16:04 13.10.2023

"Kəpəz" transferlərdən doymur

"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. 
 
Qaynarinfo-nun məlumatına görə, Niane Gəncə klubunun şərəfini qoruyacaq. Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Malili forvardın son klubu İran "Nassaji”si olub. Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama "Nant", "Trua", "Soşo”, "Şarlerua” və "Ostende” kimi klublarda çıxış edib.

Niane yeddi oyunda Mali yığmasının da formasını geyinib.
 
Ötən gün gəncəlilər portuqaliyalı qapıçı İqor Rodriqesi də trnsfer etmişdilər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->