Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika - Tailand matçı baş tutub.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.
E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Şərhlər