Xəbər lenti

Ukrayna partizanları Rusiyanın Yaroslavl şəhərində təxribat törədiblər (VİDEO)
Dünya 11:44 25.05.2024

Ukrayna partizanları Rusiyanın Yaroslavl şəhərində təxribat törədiblər (VİDEO)

ATEŞ partizan hərəkatının agenti Yaroslavlda dəmir yolunda relay kabinetini dağıdıb və bu, yaxınlıqdakı Polyanki dəmiryol stansiyasında problemlərə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ATEŞ-dən bildirilib.

Hərəkatın bildirdiyinə görə, Yaroslavl rusların hərbi məqsədlər üçün istifadə etdiyi mühüm logistika mərkəzidir.

"Uğurlu təxribat sayəsində biz Yaroslavl Radio Zavodu, Rıbinsk Saturn Zavodu, Luç konstruktor bürosu və digər şirkətlərdən hərbi məhsulların daşınmasını çətinləşdirdik.
Hərəkatımızın sıralarına getdikcə daha çox rus qoşulur. Onlar öz ölkələrində mövcud olan irqçi nizama qarşı fəal mübarizə aparırlar. Putin rejiminin sonunu yaxınlaşdıracaq onlarla yeni əməliyyatlar hazırlayırıq”, - məlumatda deyilir.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->