Xəbər lenti

Xalq artistinin insult keçirdiyi deyilir
Sənət 11:45 11.02.2023

Xalq artistinin insult keçirdiyi deyilir

Xalq artisti Nisə Qasımova insult keçirib. 

Bakupost.az -ın məlumatına görə, hadisə iki həftə əvvəl baş verib. 

İnsult nəticəsində sənətçinin sifəti əyilib və dili tamamilə tutulub. 

Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var. 

Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->