Xəbər lenti

“Yuğ” Teatrının fevral repertuarı
Sənət14:30 29.01.2023

“Yuğ” Teatrının fevral repertuarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət "Yuğ” Teatrı fevral ayı üçün maraqlı repertuar tərtib edib.
Qaynarinfo xəbər verir ki, sənət ocağının kollektivi fevralın 4-də "Toy dəstgahı”, 5-də "Quş dili”, 11-də isə "Lənət” tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq.
Bundan başqa, fevralın 12-də "Kloun Bizzz”, 18-də "Şəbədə”, 19-da "Mənəm mən”, 25-də isə "Vəsvəsə” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar bir qayda olaraq saat 19:00-da təqdim ediləcək.