Xəbər lenti

ABŞ BMT və NATO-nu tərk edəcəkmi? (ŞƏRH)
Dünya 12:39 03.03.2025

ABŞ BMT və NATO-nu tərk edəcəkmi? (ŞƏRH)

"ABŞ-ın BMT-dən çıxması real deyil,  NATO-dan isə çıxa bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Maskın Vaşinqtonun BMT və NATO-dan çıxması ideyasını dəstəkləməsini şərh edərkən deyib.

Qabil Hüseynli bildirib ki, Mask hazırda faktiki olaraq ABŞ-ı idarə edir:

"Mask Qərbin illərlə qurub yaratdığı düzəni dağıtmağa çalışır. BMT vaxtilə ABŞ-ın təşəbbüsü ilə yaradılıb və mərkəzi ofisi də Nyu Yorkda yerləşir. Bu vəziyyət isə yeri gələndə ABŞ-a digər ölkələrə təzyiq nöqteyi-nəzərindən böyük üstünlüklər verir. Hər halda, ABŞ-ın BMT-dən çıxması ehtimalı çox azdır".
 


Ekspertə görə, ABŞ-ın NATO-dan çıxması ehtimalı isə böyükdür:

"Belə addımlar Amerikaya xeyir deyil, ziyan gətirə bilər. Hər halda, Amerika xalqının bu vəziyyətə susacağını düşünmürəm. Amerika xalqının kütlə olaraq ayağa qalxıb, siyasətdən xəbərsiz adamları ölkədən qovacağını gözləyirəm".

Qeyd edək ki, ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon MAsk ABŞ-nin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib. Mask bu barədə "X” hesabında məlumat verib. 

Bundan əvvəl ABŞ-nin respublikaçı senatoru Mayk Li ölkənin BMT-dən çıxarılması və ona maliyyə yardımının dayandırılması təşəbbüsünün Senatda irəli sürüldüyünü açıqlamışdı. 

Xatırladaq ki, ABŞ artıq BMT-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->